isaznow.com
Az Iw En Ru

Azərbaycan Avropanın enerji bazarında mühüm faktora çevrilib

Reallıq bundan ibarətdir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Azərbaycan həmişə
beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı kimi qəbul olunur. Yaşıl enerji Məşvərət
Şurası çərçivəsində Nazirlərin 1-ci iclasının da Bakıda keçirilməsi ilk növbədə Azərbaycanın dünyada
artan nüfuzunu nümayiş etdirdi. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısı da 9 il əvvəl Bakıda
başladı və uğurla davam etməkdədir. Toplantıya qatılan iştirakçıların sayının ilbəil artması,
Azərbaycanın uğurlu təşəbbüsakrlığının yüksək qiymətləndirilməsi təsadüfi deyil. Reallıq bundan
ibarətdir ki, Azərbaycan bu gün ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün xilaskara çevrilib.
Bu platforma bəzi Qərb dairələrinin və xüsusilə erməni lobbisinin Azərbaycanın Avropa üçün
əhəmiyyətini kiçiltmək cəhdlərinin iflasa uğradığını göstərdi. Məlumdur ki, son vaxtlar ölkəmizə qarşı
qara piar kampaniyası təşkil olunması, Azərbaycanın təklənməsi və təcrid olunması görüntüsü
yaradılmaqdadır. Amma Bakısa Məşvərət Şurası toplantılarının keçirilməsi, burada aparıla.
müzakirələrdən, səslənən bəyanatlardan aydın oldu ki, Avropa bu gün Azərbaycana xilaskar kimi baxır.
CQD Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişib. Enerji təhlükəsizliyi
məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Yeni marşrutların qurulması və yeni
mənbələrin cəlb olunması olduqca vacibdir.
Bu vaxta qədər əldə olunan uğurlardan biri də hər şeyin vaxtında edilməsi oldu.
Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu
mümkün qədər tez başa çatdırmağa çox sadiq idik” deyə dövlət başçımız toplantıda bəyan etdi. Hasilatı
artırmaqla yanaşı ixrac da artır və həmçinin onun coğrafiyası da genişlənir.
Mövcud reallıqlar fonunda biz artıq CQD-nin genişləndirilməsi haqqında danışırıq.
Bu gün uğurlu enerji siyasəti reallaşdıran Azərbaycan Avropanın enerji bazarında mühüm faktora
çevrilib. Bu vaxta qədər əldə olunan uğurlu təcrübə, yaşıl enerji potensialının düzgün
istiqamətləndirilməsi ölkəmizin cəlbediciliyini daha da artırır.
Beləliklə, Avropa qitəsində potensial əməkdaşlıq imkanları da genişlənir. Nəzərə alsaq ki,
Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Belə ki, dənizdə külək enerjisinin
potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq
müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Bu potensial
yaşıl enerji sahəsində də uğurlu əməkdaşlığın davam etdirilməsini şətrləndirir. Əsas hədəf təbii qaz və
bərpaolunan enerji imkanları arasında səmərəliliyin artırılmasına əsaslanan qarşılıqlı əlaqə yaratmaqdır.
Bakı platforması bu istiqamətdə səmərəli nəticə əldə etmək üçün olduqca əlverişlidir.
Prezident İlham Əliyevin də söylədiyi kimi, bizim güclü siyasi iradəmiz var. Məhz bu iradə
mövcud potensialı real imkanlara çevirməyə zəmin yaradır.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru


18:42 06.02.2023