

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Rumıniya Prezidenti
Klaus Yohannis arasında keçirilən görüş və həmin görüşdə səsləndirilən fikirlər iki dövlət
arasındakı münasibətlərin inkişafı baxımından olduqca önəmlidir. Dövlət başçıları
tərəfindən verilən bəyanatlar da onun göstəricisidir ki, Azərbaycan və Rumıniya çox
ciddi strateji tərəfdaşdır, dostdur və əlaqələrimiz bundan sonra da bütün sferalarda
yüksələn xətt üzrə davam edəcək.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Buxarestə etmiş
olduğu səfərlə bağlı da xatirələrini bölüşdü və maraqlı məqamlara toxundu. Dövlət
başçımız qeyd etdi ki, biz gələcək addımlarımızı geniş şəkildə müzakirə edirik və
nümayəndə heyətlərinin üzvləri ilə bunu davam etdirəcəyik. İlham Əliyev eyni zamanda
xüsusi vurğu ilə xatırlatdı ki, biz təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu,
bizim əməkdaşlığımızda yeni mərhələdir.
Məqsəd və hədəf ondan ibarətdir ki, bu iki dost ölkə arasında ticari işbirliyində və
digər sahələrdə də müəyyən irəliləyişlər olsun. Məlum istiqamətdə artıq ciddi
müzakirələr, məsləhətləşmələr gedir. Heç şübhəsiz ki, Rumıniya Prezidentinin
Azərbaycana səfəri ölkələrimiz arasındakı münasibətlərin perspektivinə, inkişafına
mütləq bir şəkildə öz töhfəsini verəcək.
Fikrət Sarıyev,
Sabirabad rayonu Cavad kənd Mədəniyyət evinin müdiri