

Azərbaycan son illər öz xarici siyasət istiqamətini şaxləndirməklə düzgün strateji xətt yürüdür.
Əlbəttə ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi gündən bu günə qədər yürüdülən
balanslaşdırılmış xarici siyasət daha dinamik təməllərlə irəliləməkdədir. Konstruktiv əlaqələrin
qurulması təbii ki, bizim milli təhlükəsizlik maraqlarımızın təmin olunması baxımından olduqca
uğurludur. Bu konteksdə 2-ci Qarabağ müharibəsi zamanı və müharibədən sonra Azərbaycan əleyhinə
qəbul olunan qətnamələrə qarşı Azərbaycana dost olan ölkələrin ortaya qoyduğu mövqe ölkəmizin
uğurlu xarici siyasət yürütdüyünü bir daha göstərmiş oldu.
Macarıstanla Azərbaycan arasında isə hər zaman sıx əlaqələr olub. Macarıstan türk kökənli bir
xalqdır. Macarıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. 2004-cü ildən Macarıstanın
ölkəmizdəki səfirliyi yaradılıb, 2009-cu ildən isə Yunanıstanda Azərbaycan səfirliyi yaradılıb. Həmin
dövrlərdən bəri iki ölkə arasındakı münasibətlər dərin olub.Cənab Prezident İlham Əliyevin Macarıstana
səfəri bundan sonrakı əlaqələrin daha sıx inkişaf etməsinə zəmin yaradacaq.
Məhz Rusiya-Ukrayna müharibəsindən sonra Macarıstanın enerji təhlükəsizliyinin təminatında
bir sıra problemlər ortaya çıxır. Macarıstan dövləti baxmayaraq ki, 7 ölkə ilə sərhədlənir, lakin heç bir
sərhəddində dəniz ilə əhatələnməyib. Buna görə də limanları mövcud deyil və təhlükəsizliyini yalnız
borular vasitəsilə təmin edir. Bu borular da Macarıstana Rusiyadan gəlir. Bu baxımdan da artıq enerji
təhlükəsizliyi bir növ sual altındadır. Bu gün isə məhz Azərbaycanın bütövlükdə region və Macarsıtan
üçün də enerji təhlükəsizliyinin təminatı baxımından vəd etdiyi faktorlar mövcuddur. Bu təminatda da
başlıca rolu Cənub Qaz Dəhlizi layihəsi oynayır. Bütün bunları nəzərə alsaq, Macarıstan və Azərbaycan
arasındakı əlaqələrin daha da inkişaf etməsi gözlənilir.
Zəminə Əliyeva,
Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri