isaznow.com
Az Iw En Ru

İmzalanan sənədlər Macarıstan və Azərbaycanın dostluğunu böyük dərəcədə gücləndirəcək

Dövlət başçısı İlham Əliyevin son iki ildən artıq dövrdə xarici səfərlərində əsas diqqət göstərdiyi
məsələlərdən biri postmünaqişə dövrünün reallıqları, işğaldan azad edilmiş ərazilərimizdə aparılan
genişmiqyaslı bərpa-quruculuq işləri olur. Ölkə Prezidentinin bu günlərdə Macarıstana rəsmi səfəri,
səfər çərçivəsində keçirdiyi görüşlər, mətbuata bəyanatlarda iki ölkənin gələcək inkişafını özündə əks
etdirən hədəflərin açıqlanması və sair kimi mühüm addımlar əsasında işğaldan azad edilmiş
ərazilərimizlə bağlı görülən və görüləcək işlər özünü qabarıq şəkildə büruzə verir. Dövlət başçısı bərpa-
quruculuq işlərinə başlanan zaman bu prosesdə dost ölkələri, onların şirkətlərini də görmək istədiyimizi
diqqətə çatdırmışdı. Cənab İlham Əliyevin Macarıstan səfərində bu ölkə ilə əməkdaşlığın
genişləndirilməsi üçün bu və ya digər sahələrdə mövcud imkanlar bir daha diqqətə çatdırıldı. Belə ki,
Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə
mətbuata bəyanatında bildirdi ki, bu gün macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur
torpaqlarında fəaliyyəti ilə bağlı da fikir mübadiləsi aparılıb.
Azərbaycan şəhərsalma istiqamətində çox böyük təcrübəsi olan Macarıstanla birgə işləməkdə
maraqlıdır. Çünki on min kvadratkilometrə bərabər olan azad edilmiş torpaqlarda bütün tikililər
dağıdılıb. Bütün infrastruktur işğal dövründə yerlə-yeksan edilib. Qarabağ və Şərqi Zəngəzur yenidən
canlandılır, soydaşlarımızın bu torpaqlarda yüksək yaşayışını təmin etmək üçün zəruri addımlar atılır.
Şəhərlərin, kəndlərin Baş planları hazırlanır. Azərbaycanın şəhərsalma təcrübəsi daim təqdir edilsə də
daim irəli baxmağa, baş verən yeniliklərin də ölkəmizdə tətbiqinə maraq göstərən Azərbaycan Avropa
dövlətlərinin, o cümlədən Macarıstanın təcrübəsindən istifadə etməyə səy göstərir.
İmzalanan sənədlər Macarıstan və Azərbaycanın iki dost və tərəfdaş ölkə kimi bundan sonra da
həm ikitərəfli əməkdaşlığı dərinləşdirməkdə, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı
dəstəyi bir-birinə göstərməkdə maraqlı olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev mətbuata
Bəyanatında bu mühüm məqama da diqqəti yönəltdi ki, hazırda 200 Azərbaycan gənci Macarıstan
hökumətinin dəstəyi ilə alınmış tələbə təqaüdləri ilə Macarıstanda oxuyur. Bu, Azərbaycanda kadr
potensialının yaradılması istiqamətində çox önəmli hadisədir. Eyni zamanda, dostluğumuzu da böyük
dərəcədə gücləndirəcək.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


14:04 02.02.2023