isaznow.com
Az Iw En Ru

Azərbaycan dünya üçün önəmli bir ölkəyə çevrilmişdir

Vətən Müharibəsində şanlı qələbəmizdən sonra Azərbaycanın beynəlxalq aləmdə nüfuzu
artmaqla yanaşı ölkəmizə dost dövlətlərin sayı artmaqdadır. Bu gün Azərbaycan Avropa İttifaqına daxil
olan 10 ölkə ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışdır. Bu dövlətlər arasında Macarıstan
xüsusi önəm kəsb edir. Azərbaycanla Macarıstanı tarixi köklər bağlayır. Ölkə başçımız cənab İlham
Əliyevin Macarıstana 4 dəfə səfər etməsi ölkələrimiz arasındakı əlaqələrin yüksək dostluq səviyyəsində
olmasından xəbər verir. Prezident cənab İlham Əliyevin yanvarın 30-da Macarıstana səfəri çərçivəsində
Azərbaycanla Macarıstan arasında genişlənmiş strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalandı.
Prezident cənab İlham Əliyev Macarıstanda Azərbaycan - Macarıstan arasında dostluq əlaqələrinin
yüksək səviyyədə olması, eləcə də Azərbaycan dövlətinin Macarıstanın enerji təhlükəsizliyinə böyük
dəstək verəcəyi barədə mətbuata bəyanatla çıxış etdi.
Artıq 2 ildir ki, Azərbaycan Avropaya qaz ixracı həyata keçirir. Bu gün bir sıra Şərqi Avropa
ölkələrinə Cənub Qaz Dəhlizi vasitəsilə qaz hasil edilir. Yaxın bir neçə ildən sonra Cənub Qaz
Dəhlizinin genişləndirilməsi və ixracın 2 dəfədən çox artırılması ilə bağlı Azərbaycanla Avropa
Komissiyası arasında Anlaşma Memorandumu imzalanmışdır və Mərkəzi Avropa dövlətlərinə də
Azərbaycan qazı ixrac olunacaq. Vaxtilə mövcud olmuş NABUKKO layihəsi yenidən fəaliyyətə
başlayacaq. Bununla da Azərbaycan qazı Bolqarıstana, Rumıniyaya, daha sonra Macarıstana
çatdırılacaq. Macarıstan Azərbaycan qazının istehlakçısı olmaqla yanaşı, həm də tranzit ölkə olacaq.
Azərbaycanda paralel olaraq bərpa olunan enerji sahəsində də böyük layihələr həyata keçirilir. 2022-ci
ilin dekabrında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan dövlətləri arasında imzalanmış sazişə
əsasən Azərbaycanda istehsal olunacaq yaşıl enerji Qara dənizin dibi ilə Avropa dövlətlərinə
çatdırılacaq. Ölkəmizdə nəqliyyat-loqistika sahəsində də böyük layihələr həyata keçirilmişdir. Artıq
Azərbaycandan Macarıstana və əks istiqamətdə dəmir yolu vasitəsilə yükdaşımalar həyata keçirilir.
İşğaldan azad edilmiş ərazilərimizdə Macarıstan şirkətləri də fəaliyyət göstərəcək. Ümumiyyətlə 30
yanvar tarixində Macarıstanın paytaxtı Budapeştdə Azərbaycanla Macarıstan arasında 7 sənəd
imzalandı.
Macarıstanın Baş Naziri Viktor Orban Prezident cənab İlham Əliyevin güclü bir siyasətçi
olduğunu və ölkəyə yaxşı rəhbərlik etmək üçün cənab İlham Əliyevdən çox şey öyrəndiyini xüsusi qeyd
etdi. Prezident cənab İlham Əliyevin Serbiyaya səfəri zamanı bu ölkənin Prezidenti Aleksandr Vuçiç də
cənab İlham Əliyevdən çox şey öyrəndiyini və ölkə başçımızın dünyanın ən güclü siyasətçilərindən biri
olduğunu vurğulamışdı. Bu gün Prezident cənab İlham Əliyevin güclü siyasəti, bacarıqlı diplomatiyası
sayəsində Azərbaycan dünya üçün önəmli bir ölkəyə çevrilmişdir.
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


15:03 01.02.2023