

Müstəqil dövlətçiliyin əldə olunması çoxəsrlik Azərbaycan tarixinin ən böyük hadisəsidir. XX
əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyi qazanmaq şansına sahib olan Azərbaycan xalqının bu
uğurunun ideya rəhbəri dövlətimizin xilaskarı, müstəqilliyimizin möhkəm əsaslarını yaradıb onu əbədi
bir sərvətə çevirən görkəmli dövlət xadimi Heydər Əliyev idi.
İkinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Ulu Öndərin çoxşaxəli fəaliyyətinin əsas
istiqamətlərindən biri də gənclərə diqqət və qayğının artırılması, dövlət gənclər siyasətinin əsaslarının
müəyyənləşdirilməsi, respublikamızın ictimai-siyasi həyatında xalqın ümidi, onun inkişafının və
yüksəlişinin əsas meyarı və barometri olan gənclərin iştirakının təmin olunması, gənclərin sosial-mənəvi
ehtiyaclarının ödənilməsi və onların gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit
şəraitin yaradılması olub.
Ötən 19 ildə Prezident İlham Əliyevin rasional, uzaqgörən və praqmatik siyasəti, cəsarətli
addımları, güclü liderlik keyfiyyətləri və yorulmaz gündəlik əməyi sayəsində Azərbaycan xalqının milli-
mənəvi dəyərlərinin qorunmasını, xalqımızın tarixi irsinin yaşadılmasını, ölkə daxilində tolerantlıq
mühitinin və multikultural dəyərlərin möhkəmləndirilməsini, gənclərin vətənpərvərlik tərbiyəsini dövlət
siyasətinin tərkib hissəsinə çevirməsi onun Heydər Əliyevin dövlətçilik təliminə verdiyi ciddi
əhəmiyyətin və bu təlimi yaradıcı şəkildə inkişaf etdirməsinin əyani təzahürüdür.
Dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu
sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin
inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması, eləcə də gənclərin asudə vaxtının səmərəli
təşkil edilməsi üçün kompleks tədbirlərin həyata keçirilməsindən ibarətdir. Elm, təhsil, mədəniyyət və
incəsənət sahəsində istedadlı gənclərin aşkar olunması, onlarla fərdi işin qurulması və peşəkarlıq
səviyyəsinin yüksəldilməsi, istedadlı gənclərin əməyinin qiymətləndirilməsi və onlar üçün yeni
stimulların yaradılması məqsədilə yeni mükafatların təsis edilməsi, gənclərin intellektual inkişafının
dəstəklənməsi buna bariz misaldır.
Gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir.
Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an
Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Ölkəmizdə
vətənpərvərlik tərbiyəsinin düzgün qurulmasının nəticəsi idi ki, Ali Baş Komandanın bir çağırışı ilə yüz
minlərlə gəncimiz Vətən torpaqlarının müdafiəsinə qoşuldu və cəmi 44 gün ərzində işğal altında olan
torpaqlarımızı düşmən işğalından həmişəlik xilas etdi.
Azərbaycan gənclərinin inkişafında Heydər Əliyev Fondunun misilsiz töhfəsi var. İctimai
həyatımızın ayrı-ayrı sahələrində Ulu Öndərin adını daşıyan Fondun həyata keçirdiyi layihələr,
beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq Azərbaycanın uğurlu gələcəyinin təmin olunmasına,
respublikamızın sivil dünyaya inteqrasiyasına hesablanıb. Ulu öndərin ideyalarına sadiq qalan, onun
əməllərini yaşadan və ideyalarını gerçəkləşdirən Fondun fəaliyyəti ölkə gənclərinin məşğulluğunun
təmin edilməsi, onların ictimai-siyasi proseslərdə yaxından iştiraka cəlb olunmasına yönəlmişdir.
Fatma Hüseynova,
Sabirabad rayonu Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək
ordenli