

Yanvar ayının 30 da , İsraildə Dona Gracia Diplomatiya Mərkəzinin baş direktoru, jurnalist Reyçel Avraham “Dəyirmi masa “təşkil edib.
Qeyd edək ki,Reyçel Avraham söhbətə Azərbaycanın İrandakı səfirliyinə edilən terror,- silahlı hücumu pisləyərək,Hücum zamanı iki təhlükəsizlik əməkdaşının yaralandığını,mühafizə rəisinin həlak olduğunu deyərək,Həlak olmuş mühafizə rəisinin ruhuna şam yandırıb,yaralananlara şəfa diləyib .
"Dəyirmi masa arxasında mövcud hadisələr müzakirə olunub, çıxışlar edilib.
“Ermənistanın ekoterrorizminə yəhudi baxışı “mövzusu ilə Reyçel Avraham çıxış edib.
Daha sonra isə Yaxın Şərq Siyasət Araşdırmaları Mərkəzinin baş direktoru David Bedein,
“Fələstin terrorizmi ilə erməni terrorizmi “arasındakı bərabər oxşarlıqlar barədə çıxışı edib.
Azərbaycanlı gənclər niyə Ermənistanın ekoterrorizminə etiraz edirlər? Mövzusu ilə Dona Gracia Diplomatiya Mərkəzinin üzvü və Təl-Əviv Universitetinin magistrı azərbaycanlı fəal gənc Rafael Nəbizadə, çıxış edib.
Növbəti çıxışı İsraildə Bar İlan Universitetinin tələbəsi , həmçinin,Dona Gracia Diplomatiya Mərkəzinin fəalı, Noam Ezer,“İsrail gəncləri Ermənistanın ekoterrorizminə etiraz edən azərbaycanlı gəncləri dəstəkləməlidir” mövzusu ilə öz fkirlərini bildirib.
Dəyirmi masa toplantısında Azərbaycanın zəngin ekologiyasına baxışı adlı foto slayd çarx nümaiş olunub ,Tanınmış İsrailli fotoqraf Viktor Zinin möhtəşəm görüntüləri , maraqlı müzakirələri ilə görüş sona yetib.