isaznow.com
Az Iw En Ru

Bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir

Azərbaycan dövlətinin həyata keçirdiyi praqmatik xarici siyasət ölkəmizə beynəlxalq
münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın
möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Milli mənafelərlə bağlı
problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmayıb.
Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT
Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı
dövlət kimi tanınıb. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki,
Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT
Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama
Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və
qüdrətini göstərir. Prezident İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global
Television Network) televiziya kanalına müsahibəsində bu məsələyə toxunaraq deyib ki, siyasət və
həyat çox oxşardır, çünki siyasət insanlar tərəfindən yürüdülür: “Ölkəmizin Qoşulmama Hərəkatının
sədri kimi səyləri yüksək qiymətləndirilib. Azərbaycan artıq dördüncü ildir ki, Qoşulmama Hərəkatına
sədrlik edir. Biz yekdilliklə seçilmişik və bizim sədrliyimiz yekdilliklə daha bir il müddətinə, bu ilin
sonuna kimi uzadılıb”.
Böyük güclər arasında qütbləşmənin açıq-aşkar olduğuna diqqət çəkən dövlətimizin başçısı
qlobal həmrəylik üçün Qoşulmama Hərəkatının potensialını önə çəkir. “Böyük güclərin maraqları
arasındakı uçurum ola bilsin ki, kiçilməyəcək. Ona görə də faktiki olaraq alternativ kimi yaradılmış,
lakin sonradan müəyyən mənada potensialını itirmiş Qoşulmama Hərəkatının böyük potensialı var,
çünki ölkələrin bu və ya digər dərəcədə eyni keçmişləri var, eyni problemləri var. Onların əksəriyyəti
müstəmləkə olub və onlar başqalarının əsarəti altında yaşamağın nə demək olduğunu bilirlər”,-deyə
cənab Prezident dünya güclərinin maraqlarını göstərir.
Bu gün Azərbaycan qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış edir. Hazırda regionda reallaşdırılan
beynəlxalq layihələr Azərbaycanın iştirakı və milli maraqların nəzərə alınması ilə həyata keçirilir. Cənab
Prezidentin qeyd etdiyi kimi Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı
sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı
investisiyalar cəlb etməyə nail olunub: “Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar
arasında balansı qoruyacaq. Balans olmasa, bu iş uğursuz olacaq. 2 il bundan əvvəl Bakıdan Cənubi
Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir
hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı
maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur
və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən
çox mürəkkəb və çox bahalı layihədir”.
Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal
tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış
etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının
görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq
nüfuzuna işarə edir. Prezident İlham Əliyev istər beynəlxalq arenada, istərsə də yerli xalq arasında bütün
verdiyi sözləri yerinə yetirib. Siyasi həyatda heç vaxt olmayıb ki, Prezident İlham Əliyev söz verdiyinin
arxasında dayanmasın. Verilən bütün sözlər yerinə yetirilib. Prezident İlham Əliyevin dövlət siyasəti
nəticəyönlüdür. Bu, ondan irəli gəlir ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan və
vətəndaşları dayanır. Buna görə də dövlətimzin başçısının xalqa söykənərək atdığı bütün addımlar öz
müsbət nəcələrini verir.
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru


17:25 24.01.2023