

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun nəticəsi olaraq
Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanıb. Yaradılan mükəmməl əməkdaşlıq və
tərəfdaşlıq formatı ölkəmizə ən qlobal layihələri reallaşdırmağa imkan verir. Azərbaycanın iştirakı
olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Hazırda Azərbaycan sahib olduğu bütün
bu üstünlüklərlə dövlətlərin, o cümlədən güc mərkəzlərinin uzunmüddətli perspektiv üçün əməkdaşlıq
münasibətlərini inkişaf etdirmək istədiyi tərəfdaş ölkələrdəndir.
Davos İqtisadi Forumu Azərbaycan dövlətinin etibarlı tərəfdaş olduğunu bütün dünyaya
göstərmək üçün ən əlverişli müzakirə platformalarından biri kimi qiymətləndirilməlidir. Bu səbəbdən
Davos Forumunda Azərbaycanın geniş tərkibdə təmsil olunması, Azərbaycan Prezidentinin bu Forumda
iştirakı xüsusi əhəmiyyət kəsb edir. Forum Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək
baxımından mühüm platformadır.
Bu il Davos Forumunda rekord sayda - 130 ölkədən 2 700-ə qədər nümayəndə iştirak edir. 50-
dən çox ölkənin dövlət və hökumət başçısı, yüzlərlə nəhəng şirkətlərin rəsmiləri bu tədbirdə öz
mövqelərini bildirmək, ikitərəfli əlaqələr qurmaq üçün iştirak ediblər. Budəfəki Forum çərçivəsində
Prezident İlham Əliyevin 8 qlobal şirkətin rəhbər şəxsləri, Avropa Yenidənqurma və İnkişaf Bankının
birinci vitse-prezidenti, BMT-nin Məskunlaşma proqramının icraçı direktoru ilə görüşüb. Bununla
yanaşı, dövlət başçımızın Latviya, Litva, Xorvatiya, Monteneqro, Hollandiya dövlət və hökumət
başçıları ilə də görüşləri olub.
Forum çərçivəsində Şərq-Qərb nəqliyyat dəhlizi kontekstində Azərbaycan ərazisindən keçən
Orta Dəhlizin xüsusi əhəmiyyəti, Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin
artırılması, bərpaolunan enerji layihələri, “ağıllı kənd”, “ağıllı şəhər” və digər sahələr üzrə dünyanın ən
məşhur şirkət rəhbərlərinin Prezidentimizlə keçirdiyi görüşlər ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin 15-ci Davos səfəri və keçirdiyi görüşlər Azərbaycanın xarici
əlaqələrinin inkişafı, dünyanın aparıcı iqtisadi qurumları ilə əməkdaşlığının gücləndirilməsi və
investisiya yatırmaq imkanlarının genişləndirilməsi, Azərbaycanın regional mərkəz, dünyada nüfuzlu
ölkə imicinin möhkəmlənməsi baxımından mühüm önəm daşıyıb. Dünya İqtisadi Forumu ilə fəal və
səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan Respublikası bu platformada əməkdaşlığın inkişaf
etdirilməsi və daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləməkdə bundan sonra da davam
edəcək.
İnqilab Hüseynov,
Sabirabad rayon Yaşıllaşdırma sahəsinin rəisi