isaznow.com
Az Iw En Ru

Hüzn Günündə dini şüarlar səsləndirənlər həbs olundu - Rəsmi

Sosial şəbəkələrdə bir qrup dindarın yanvarın 20-də - Ümumxalq Hüzn Günündə dini şüarlar səsləndirdiklərinə görə saxlanılması ilə bağlı iddialar yayılıb.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Kanal24 sorğusuna cavab olaraq bildirib ki, dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub:

 
 

 

“Onlardan 5 nəfər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Digərləri barədə araşdırmalar davam etdirilir”.


00:16 22.01.2023