isaznow.com
Az Iw En Ru

Çin və Azərbaycan yaxşı dostlardır

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi
Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfəri başlayıb. Yanvarın
21-dək davam edən Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs,
o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Bu da forumun beynəlxalq aləmdə bu toplantının
nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev işgüzar və məhsuldar səfər çərçivəsində Niderlandın
“Damen Shipyards Group” şirkətinin icraçı direktoru və səhmdarı Arnout Damen, "VTB Bank"ın
prezidenti-idarə heyətinin sədri Andrey Kostin, Norveçin xarici işlər naziri Borge Brende, "Procter and
Gamble Europe" şirkətinin Avropada satış və marketinq əməliyyatları üzrə prezidenti Gary Coombe,
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Chakrabarti, forumunun icraçı
sədri Klaus Schwab, “CISCO” şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix,
“Fortescue Future Industries” şirkətinin sədri Endrü Forest, “The Goldman Sachs Group Inc.” şirkətinin
qlobal məsələlər üzrə prezidenti Cared Kohen, “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat,
“Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t`Hart, Litva prezidenti Gitanas
Nauseda ilə görüşlər keiçirib. Bir sözlə, keçirilən bu görüşlər dünyanın Azərbaycana və Prezident İlham
Əliyevin siyasətinə artan marağından xəbər verir.Həmçinin, Çinin CGTN (China Global Television
Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib.
Müsahibədə vurğulanıb ki, Çin və Azərbaycan yaxşı dostlardır, ölkələr arasında etibarlı
münasibətlər vardır. Mütəmadi olaraq hər iki ölkənin dövlət başçıları arasında görüşlər təşkil olunur,
münasibətlər günü-gündən möhkəmlənir. Ölkələrimiz arasında qarşılıqlı hörmət və etibarın göstəricidir
ki, Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında Pekində “Bir kəmər, bir yol” Sammiti çərçivəsində
keçirilən toplantıda Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırıb. “Çin və Azərbaycan yaxşı
dostlardır. Mənim Sədr Si Cinpinlə dəfələrlə görüşmək imkanım olub. Sonuncu dəfə bir neçə ay bundan
öncə bizim çox yaxşı görüşümüz olub”.Bu barədə Prezident İlham Əliyev Çinin CGTN telekanalına
müsahibəsində bildirib.Çin lideri ilə ötən ilin payızında beynəlxalq tədbirlərin birində görüşdüklərini
xatırladan deyə dövlətimizin başçısı deyib: «Bizim gələcək əməkdaşlığımız haqqında çox məhsuldar
müzakirələrimiz oldu. «Bir kəmər, bir yol» sammiti çərçivəsində Pekində Sədr Si Cinpinlə görüşüm
zamanı o məni Çinin böyük dostu adlandırdı. Bu mənim üçün böyük şərəf idi”.
Vəli Rəhimov,
Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin tədris işləri üzrə direktor


17:50 22.01.2023