isaznow.com
Az Iw En Ru

Çinlə əlaqələrin inkişafı Azərbaycanın milli maraqlarına uyğundur

Azərbaycan-Çin münasibətləri, qarşılıqlı əməkdaşlıq 30 ildir ki, yüksələn xətt üzrə inkişaf edir.
Dövlətimizin rəhbəri cənab İlham Əliyev dünyanın ən böyük və inkişaf edən ölkələrindən biri olan Çin
Xalq Respublikası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verir.
Bu gün Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir və enerji, kənd
təsərrüfatı və yüksək texnologiyalar sahəsində əməkdaşlığın gücləndirilməsinə ümidlər bəslədiyini
nümayiş etdirir. Digər tərəfdən Şərq və Qərb arasında ənənəvi İpək Yolu coğrafiyasında yerləşməyimiz
ölkəmiz üçün yeni imkanlar yaradır və Çin nəqliyyat sektorunun genişləndirilməsi sahəsində mühüm rol
oynaya bilər.
Azərbaycanın Xəzər dənizində ən böyük ticarət limanını inşa etməsi, dəmir yolu
infrastrukturunun genişləndirilməsi, yeni tranzit nəqliyyat layihələrinin hazırlanması və həyata
keçirilməsi hər iki ölkə üçün faydalıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda Çinin CÇTN televiziya
kanalına verdiyi müsahibəsində Azərbaycan - Çin münasibətlərinin yaxşılaşdırılmasının faydalarından
və gələcək perspektivlərindən ətraflı söz açmışdır. O bildirmişdir ki, “Çin və Azərbaycan yaxşı
dostlardır. Mənim sədr Si Çinpinlə dəfələrlə görüşmək imkanım olub... Bizim gələcək əməkdaşlığımız
haqqında çox məhsuldar müzakirələrimiz oldu”.
Özünün iqtisadi və sosial inkişafı ilə dünyada öncül dövlətlərdən olan, uğurlarını
müvəffəqiyyətlə davam etdirən Çinlə əlaqələrin yaxşılaşdırılması sözsüz ki, Azərbaycanın milli
maraqlarına xidmət edir və dövlətimizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsinə
yönəldilmişdir.
Valid Hüseynov,
Sabirabad rayonu Qalağayın bələdiyyəsinin sədri


16:50 22.01.2023