isaznow.com
Az Iw En Ru

20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir

Ötən əsrin sonlarında Azərbaycan xalqının müstəqillik, suverenlik arzusu, niyyəti və siyasi
oyanışı Sovet hökumətini çox narahat edirdi. Xalqımızın bu arzusunu boğmaq üçün cinayət əməlinə,
qırğına-soyqırıma əl atıldı. Tarixi şəhərimizə - Bakımıza qoşun göndərildi və 1990 –cı il 20 Yanvar
tarixində paytaxtımızda qan su yerinə axıdıldı. Əliyalın vətəndaşlarımız silahlı hərbiçilərin, texnikanın
qarşısını almaq üçün küçələrə axışdı. Azərbaycan xalqının igid, vətənpərvər övladları müstəqilik əzmini
qırmağın mümkünsüz olduğunu canları bahasına isbat etdilər.
Azərbaycan xalqının mübarizə  tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 Yanvar
faciəsi xalqımızın əzmkarlığını, əyilməzliyini göstərən və yaşadan zəfər salnaməsidir.
Sovet imperiyasının 70 ildə yaratdığı xof vətəndaşlarımızı qorxutmadı. O zaman xalqımızın
yazdığı zəfər salnaməsini hər kəs izlədi. Bütün dünya izlədi və gördü ki, Azərbaycan xalqı qəhrəman
xalqdır. Cəsarətlə deyə bilərik ki, Qanlı Yanvar hadisələri Azərbaycanın milli kimliyinin
formalaşmasına həlledici təsir göstərdi. Azərbaycanlılar başqa ölkərdə təşkilatlanmağa başladılar. Bu
gün dünya azərbaycanlılarının həmrəyliyi hər sahədə özünü göstərir. Nəticədə ölkəmizin çiçəklənməsinə
zəmin yaradır.
Bütün bunları müşahidə edən Qərb və onun havadarları Bakıda törədilən qırğınlara dolayısı ilə
dəstək oldu. Bu həmin Qərbdir ki, bu gün də Ermənistanı dəstəkləyir, halbuki, 30 ildə onların pozmadığı
hüquq qaydaları qalmayıb. Tarixdə görünməmiş Xocalı faciəsi, Gəncədə, Bərdədə, Tərtərdə silahsız
insanların qırğını kimin ayağına yazılacaq?
Azərbaycan xalqı çox acılar yaşadı, itkilər verdi. Qəhrəman, igid oğullarımız şəhidlik zirvəsini
qazandılar. 2020 –ci il xalqımızın tarıxınə yeni salnamə yazdı. İllərlə əsarətdə qalan yurdumuz igid
oğulların sayəsində azad oldu. 30 ilin acısı sanki 44 gündə sevinclə, xoşbəxtliklə əvəz olundu.
Bir sözlə, 20 Yanvar faciəsi yaddaşlardan silinən deyil, tarixin bu səhifəsi illərlə, əsrlərlə
oxunacaq. Çünki 20 Yanvar faciəsi ümumxalq faciəsi olmaqla bərabər, müstəqillik, istiqlal və hürriyyət
uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi olaraq tariximizə yazılıb.
Respublikada sosial yönümlü siyasətin həyata keçirilməsinin baris nümunəsi şəhid ailələrinə
göstərilən dövlət qayğısı çərşivəsində onların təqaüdünün artırılmasıdır. Belə ki, möhtərəm
Prezidentimiz İlham Əliyevin imzaladığı müvafiq Fərmanlarla şəhid ailəsi üçün Azərbaycan
Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 manatdan 600 manata
qaldırılmış, həmçinin 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq
məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyənləşdirilmişdir.
Ağanəzər Gülməmmədov,
Sabirabad rayon Mənzil istismar sahəsinin rəisi


00:04 20.01.2023