

Prezident İlham Əliyevin yanvarın 15-16-da Birləşmiş Ərəb Əmirliklərinə səfəri, keçirdiyi
görüşlər və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı mühüm əhəmiyyət
daşıyır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət
edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür.
Son illər Azərbaycanla BƏƏ arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji
layihələrinin reallaşdırılması münasibətləri yeni mərhələyə çıxarıb. Prezident İlham Əliyevin BƏƏ-yə
səfəri və keçirdiyi görüşlər heç şübhəsiz ki, bu əlaqələri daha da zirvəyə qaldıracaq, inkişaf etdirəcək.
Ölkələrimiz arasında qarşılıqlı investisiya yatırımlarının, ticari əlaqələrin genişlənməsinin həm iqtisadi,
həm də siyasi baxımdan tərəflərə yeni dividendlər qazandırır. Azərbaycan və BƏƏ bütün beynəlxalq
platformalarda bir-birinin maraqlarını müdafiə edir, ortaq mövqedən çıxış edirlər. Bu da çox önəmli
amildir. Görüş zamanı Azərbaycan və BƏƏ prezidentlərinin qarşılıqlı hörmət və ehtirama əsaslanan
bəyanatları, əlbəttə ki, məmnunluq yaradır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin BƏƏ-yə
səfəri iqtisadi sahədə əməkdaşlığın dinamikasını artıracaq. Burada əsas prioritet istiqamət alternativ
enerji mənbələri üzərində iş və yaşıl enerji layihələrinin icrasıdır. BƏƏ-nin nüfuzlu “Masdar” şirkəti ilə
müştərək layihələrin perspektivi böyükdür. Bu layihələrlə Azərbaycan dünya enerji bazarında öz rolunu
və yerini daha da möhkəmləndirəcək, böyük gəlirlər əldə edəcəkdir.
Qeyd edilib ki, Hazırda Azərbaycanın təbii qaz ixracı günbəgün artır. Əgər 2021-ci ildə bu 19
milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaqdır. Azərbaycanın bərpaolunan enerji
mərkəzlərindən birinə çevrilməsi planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil.
Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş
ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157
qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Həmçinin Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə
imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal
etmək imkanını yaradacaqdır.
Bu gün Azərbaycanın Bərpaolunan enerji sahəsində nəhəng potensial vardır. İkincisi isə, biz
onun sayəsində ixracımızı şaxələndirəcəyik. Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa
enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya
edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir.
Hazırda Avropada enerjiyə yaranan ciddi tələbat fonunda Azərbaycan beynəlxalq layihələrinin əhatəsini
genişləndirir, resurslarını artırır və daha da önə çıxır. Bu isə ölkəmizin beynəlxalq nüfuzunu artırır,
dünyada söz sahibinə çevirir. BƏƏ ilə dərinləşən hərtərəfli əlaqələr də gələcəyə hesablanıb və bu
baxımdan mühüm əhəmiyyət kəsb edir.
Nazim Sultanov,
Sabirabad RİHB aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu