isaznow.com
Az Iw En Ru

“Siyasi partiyalar haqqında” yeni Qanun hazırkı reallıqlara tam cavab verir

1992-ci il 3 iyun tarixində “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu
qəbul edilib. Lakin Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi
sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu
baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar
haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər. “Siyasi
partiyalar haqqında” Qanun layihəsinin hazırlanması zamanı siyasi partiyaların fəaliyyətinin hüquqi
tənzimlənməsi barədə vəziyyət nəzərə alınıb. Siyasi partiyalar siyasi sistemin əsas güzgüsüdür.
Həqiqətən, çox sevindirici haldır ki, siyasi partiyaların fəaliyyətinə geniş imkanlar yaradacaq yeni qanun
qısa müddətdə hazırlandı və parlament tərəfindən qəbul edildi. Üstəlik, yeni qanunun siyasi partiyaların
nüfuzunun yüksəlməsinə də ciddi şəkildə təsir   edəcəyinə inanıram.
Yeni qanun eyni zamanda siyasi qüvvələr arasında faydalı və mövcud siyasi konfiqurasiyanın
ahənginə uyğun olan şəffaf münasibətlərin formalaşması üçün də zəmin yaradacaq. Prezident
Administrasiyasında müvafiq şöbə yaranandan sonra siyasi partiyalara münasibətdə yaxşıya doğru çox
ciddi dəyişikliklər var. Hamının arzuladığı qanun, nəhayət, qəbul edildi və siyasi partiyaların
fəaliyyətində faydalı rolunu oynayacaq. “Siyasi partiyalar haqqında qanun”  yeni çağırışlara cavab verir
və siyasi partiyaların fəaliyyətini əngəlləmir. Neçə illərdir qanunun dəyişdirilməsini tələb edirdik.
Mitinqlərdə belə bu tələb tez-tez səslənirdi. Qanunun dəyişməsi labüd və lazım idi. Onu da nəzərə alaq
ki, son zamanlar siyasi partiyalarla iqtidar arasında dialoq mühiti yaranıb və nəticədə birincilərin
qərarvermə məsələlərinə təsiri yüksəlib. Bu qanun siyasi spektrdə böyük canlanma yaradacaq və ölkədə
mövcud olan siyasi partiyaların fəaliyyəti üçün əsl lokomotiv rolunu oynayacaq. İndiyə qədər mövcud
olan qanun, təxminən, 30 il bundan öncə qəbul edilib. Dövr də,  siyasi münasibətlərin formatı da
dəyişib.
Siyasi konfiqurasiya və ümumilikdə siyasi partiyaların fəlsəfəsi dəyişib. Həmin dəyişikliklərin
fonunda isə təbii olaraq yeni qanunun qəbul edilməsi zərurəti də yarandı.Bildiyiniz kimi ilk olaraq
parlamentdə təmsil olunan siyasi partiyalar yeni qanun layihəsinin hazırlanması təklifi ilə Milli Məclisə
müraciət ünvanladılar. Layihənin hazırlanması zamanı, demək olar ki, Azərbaycanda fəaliyyət göstərən
bütün siyasi partiyalar öz təkliflərini verdilər. Həmin təkliflərin əksəriyyəti nəzərə alındı, dəyərləndirildi.
Konkret olaraq rəhbərlik etdiyim partiyanın təkliflərinə gəlincə isə söyləməliyəm ki, Demokratik
Maarifçilik Partiyasının 3 təklifi olub  və hamısı yeni qanun layihəsində öz əksini tapıb. Qanun
partiyaların təmərküzləşməsinə şərait yaradacaq və yaxın zamanlarda bir neçə güclü partiyanın ortaya
çıxmasına imkan verəcəkdir. Açıq etiraf etmək lazımdır ki, qanunun qəbulundan sonra kiçik partiyaların
siyasi arenada qalması xeyli çətin olacaq.
Vüsal Əsgərov,
Sabirabad Gənclərin İnkişafı və Kariyera Mərkəzinin könüllüsü


16:03 18.01.2023