isaznow.com
Az Iw En Ru

Yeni qanun siyasi partiyaların təmərküzləşməsinə şərait yaradacaq

Milli Məclisin qanunla bağlı siyasi partiyalara müraciətindən  sonra 47 siyasi partiyadan 250-dən
çox təklif daxil olmuşdu.Siyasi partiya anlayışının, partiyaların təsis edilməsi, maliyyələşməsi və sair bu
kimi məsələlərin qanunvericilikdə konkret şəkildə göstərilməli olduğuna diqqət çəkmişdi. Vitse-spiker
siyasi partiyalara məhdudiyyətlərin qoyulması məsələsinin bütün ölkələrdə dilemma yaratdığını,
demokratik cəmiyyət üçün məhdudiyyətlərin Avropa İnsan Haqları Konvensiyasının müvafiq
müddəalarında da əksini tapdığını vurğulamış və buna uyğun olaraq, yeni qanun layihəsində də
məhdudiyyətlərin mövcudluğunu bildirmişdi. Siyasi partiyalar haqqında indiyədək olan qanun 1992-ci
ilin iyununda qəbul edilmişdi. Sonrakı illərdə ona müəyyən dəyişikliklər edilsə də, müasir dövrümüzlə
ayaqlaşmaq üçün, məsələyə kompleks baxışın ortaya qoyulması vacib idi.
Ölkəmizdəki bir çox siyasi ekspertlərin yekdil fikri bundan ibarətdir ki, yeni dövlət sənədi bu
baxışın ifadəsi baxımından kifayət qədər əlverişli məzmuna malikdir.Yeni qanunda siyasi partiyanın
necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər,
habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər,
partiyaların rəmzlərinin müəyyənləşməsi, onların  maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya
qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair
məqamlar yer alıb.Bəs, “Siyasi partiyalar haqqında” yeni qanuna ölkəmizdəki siyasi partiya
təmsilçilərinin münasibəti necədir, qanundan hansı gözləntilər var, bütün bunlara aydınlıq gətirmək üçün
onlara üz tutduq.Siyasi partiyalar haqqında yeni qanunun qəbul edilməsi siyasi sistemimizin  özünün
sifarişindən irəli gəlirdi. Ona görə də qanunverici orqan olan Milli Məclisdə təmsil olunan 11 siyasi
partiyanın bu barədə təşəbbüsü dərhal təqdirlə qarşılandı və nəticədə, bugünkü siyasi münasibətlərimizin
tələblərinə uyğun olan yeni qanun layihəsi ərsəyə gəldi. Yeni qanunun qəbul edilməsini zəruri edən
səbəblərə gəldikdə isə bunlardan birincisi ölkəmizdə aparılan dərin siyasi islahatlar idi.
Digər səbəblərə gəldikdə isə nəzərə almaq lazımdır ki, siyasi partiyalar haqqında əvvəlki qanun
1992-ci ildə qəbul edildiyi üçün günümüzün reallıqları və siyasi sistemimizin inkişafı ilə
ayaqlaşmırdı.Əsas məsələlərdən biri isə ondan ibarət idi ki, 1990-cı illərdə siyasi sistemimiz Qarabağ
problemi və onun həlli yollarının axtarışları kontekstində formalaşmışdı. Bu gün isə ərazi bütövlüyümüz
bərpa edilib, Qarabağ problemi aradan qaldırılıb və bu tarixi proses nəticəsində cəmiyyətimizdə 44
günlük müharibədən sonra yeni siyasi konfiqurasiya yaranıb. Bütün bunlar siyasi fəaliyyət və məqsədlər
baxımından paradiqmal  dəyişikliklərdir və şübhəsiz ki, yeni qanun da bunları əhatə edəcək qədər
təkmil, ictimai-siyasi dəstək baxımından da kütləvi olmalı idi. Ona görə də Milli Məclisdə qəbul edilən
yeni qanun daxili siyasi aktorlarımızın, siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının geniş
müzakirəsinə təqdim edildi, 200-ə qədər əlavə və dəyişikliklər edilərək təkmilləşdirildi və eyni zamanda,
20-dən çox ölkənin müvafiq qanunları ilə müqayisəli təhlil edilərək, beynəlxalq təcrübə ilə
zənginləşdirilərək cilalandı. Nəticədə yeni reallıqda siyasi sistemimizdə milli maraqlarımız baxımından
səmərəli nəticələrə gətirib çıxara biləcək bir qanun layihəsi ortaya çıxdı.
Hazırkı mərhələdə ölkəmizin yaratdığı yeni siyasi reallıqlar bütün aparıcı milli institutlarımız, ən
əsası isə siyasi partiyalarımız qarşısında yeni vəzifələr və çağırışlar müəyyənləşdirib. Ona görə də siyasi
partiyalar haqqında qanun da bu çağırışların və vəzifələrin reallaşmasına hüquqi əsaslar yaratmalı idi.
Yeni qanun da  siyasi sitemimizdə yeni keyfiyyət dəyişikliyi yaradacaq qədər təkmildir.
Rüfər Şahəliyev,
Sabirabad rayon sakini, fəal gənc


02:00 18.01.2023