isaznow.com
Az Iw En Ru

Müdir müavini icra başçısının müavini səlahiyyətini icra edir – İcra Hakimiyyətində müəmma

Xocalı Rayon İcra Hakimiyyətində şöbə müdirinin müavini qeyr-rəsmi olaraq icra başçısının müavini kimi vətəndaşları qəbul edir.

Kanal24  Qaynarinfo-ya istinadən məlumatına görə, Əliyev Vahid Surxay oğlu 10 fevral 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) Xocalı rayon təşkilatının sədri seçildiyi üçün icra başçısının müavini vəzifəsindən azad edilib.

İcra Hakimiyyəti başçısının müavini – Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə isə bu günədək təyinat olmayıb.

Amma vətəndaşları İcra Hakimiyyəti başçısının müavini – Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini kimi Allahverdiyev Bəxtiyar Füzuli oğlu qəbul edir.

Bəxtiyar Allahverdiyev isə icra başçısı Şahmar Usubovun qeyri-rəsmi tapşırığı ilə başçının müavini – Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini icra edir.

Xocalı Rayon İcra Hakimiyyətindən məlumatı təsdiqləsələr də, bildirilib ki, sözügedən vəzifəyə hələlik təyinat yoxdur.

Müdir müavini icra başçısının müavini səlahiyyətini icra edir


00:55 18.01.2023