

Xalqımız, 30 il sonra 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması ilə bütün
Azərbaycanlıları, xalqımıza dost olan ölkələri sevindirdi. Azərbaycan 44 günlük vətən müharibəsində
göstərdi ki ,zəfər daim bizimlədir. Qarabağ torpaqları 30 ilə yaxın əsarət altında idi. Erməni zülmü
altında inləyən bu torpaqların bir gün azadlığına qovuşacağına xalq olaraq ürəkdən inanır,ümidlərimizi
itirməmişdik. Azərbaycanın mövqeyinin haqlı olması onun qələbəsində çox böyük rol oynayıb. Bu zəfər
bütün türk dünyası üçün önəmli bir hadisədir.Azərbaycan Ordusu cənab İlham Əliyevin rəhbərliyi ilə 44
gün ərzində erməni işğalçılarını Qarabağdan qovdu. Bu dünyada bəlkə də heç bir ordunun edə
bilməyəcəyini Azərbaycan Ordusu həyata keçirdi.
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarında mətbuat nümaiyəndələrinə 10
yanvar tarixində verdiyi müsahibəsindədə vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun
havadarlarına ciddi xəbərdarlıqlar etmiş oldu. Lider müsahibəsində mühüm tarixi və siyasi məqamlara
toxundu. Azərbaycan Prezidenti ölkəmizin yeni mərhələdə regionda sülhün və təhlükəsizliyin təmin
olunması ilə əlaqədar prinsipial mövqedə olduğunu öz çıxışında qeyd etdi.
Eyni zamanda bu çıxışında Qərbi Azərbaycan məsələsinə davamlı diqqət ayıran cənab İlham
Əliyev bu müsahibəsində də həmin mövzuya dair mühüm fikirlər səsləndirdi: “Prinsipcə mən hesab
edirəm ki, yavaş-yavaş bu mövzu ilə bağlı biz gərək öz fikirlərimizi bölüşək.Bu gün sirr deyil ki, Qərbi
Azərbaycan İcması uzun illər deportasiyaya məruz qalmış İcma kimi öz hüquqlarından məhrum idi.
Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə
də vaxtından əvvəl açılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq
bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq.Əlbəttə ki, Qərbi azərbaycanlılar öz dədə-baba
torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar
üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək”.
Bu onu göstərir ki, Prezident İlham Əliyevin bu müsahibəsi Azərbaycanın reallıqlarını
beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya
məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu, eyni zamanda, anti-Azərbaycan dairələrin
əks-təbliğatının darmadağın edilməsi üçün də böyük əhəmiyyət daşıyır.
Şamil Heydərov,
Sabirabad rayon Mətbuatyayımın müdiri