isaznow.com
Az Iw En Ru

Zəfərdən sonra dünya ictimaiyyəti Azərbaycanın yaratdığı yeni reallığı qəbul edib

Avropa İttifaqı ilə iqtisadi- ticari  əməkdaşlıq Azərbaycan dövlətinin xarici siyasətinin əsas
prioritetlərindəndir. Məhz bu  mükəmməl əməkdaşlıq və tərəfdaşlıq formatı ölkəmizə ən qlobal
layihələri reallaşdırmağa imkan verir. Yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev yerli
televiziya kanallarına müsahibə verərək bildirib ki, biz indi bir neçə ölkə ilə enerji sahəsində danışıqlara
başlamışıq. O ölkələr ki, əvvəllər bizim tərəfdaşlarımız deyildi. Rusiya-Ukrayna müharibəsinə qədər
nəzərdə tutulmuş bütün layihələr demək olar ki, plan üzrə gedirdi. Hər il Bakıda keçirilən “Cənub Qaz
Dəhlizi”nin Məşvərət Şurasında artıq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin də
uğurla başa çatması ilə bağlı fikir mübadiləsi aparılırdı. Ancaq gələn ay keçiriləcək növbəti “Cənub Qaz
Dəhlizi”nin Məşvərət Şurasında yeni mövzular müzakirə olunacaq və iştirak edən ölkələrin sayı da
artacaq. Məsələn, biz hesab edirdik ki, TANAP layihəsinin başa çatması faktiki olaraq bu sahədə bizim
əsas işlərimizin də başa çatması deməkdir.
Hal–hazırda dünya siyasətinin aktual məsələlərindən biri də enerji təhlükəsizliyidir. Enerji
qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı buna əvvəlkindən daha çox
ehtiyac hiss edir. İndi strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə
çevrilib. Bunun təbii bir nəticəsi olaraq zəngin enerji qaynaqlarına sahib olan ölkələr iqtisadiyyat və
geosiyasi baxımdan əsas mövqedədirlər. Enerji təhlükəsizliyi enerji istehlakı üçün təbii resursların
mövcudluğu və ölkənin milli təhlükəsizliyi arasında əlaqə növüdür.
Təsadüfi deyil ki, Azərbaycan Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrilib.
Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini
tamamilə dəyişdirir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin Avropanın enerji
xəritəsini tamamilə dəyişdirdiyi göz önündədir. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində
uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə
malikdir. Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və
bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji
dialoqu mövcuddur. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa
İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir.Cənub Qaz Dəhlizi Aİ-nin, xüsusən də Cənub-Şərqi
Avropanın təbii qaz təchizatında mühüm rol oynayır. Aİ və Azərbaycan eyni zamanda, təmiz enerji və
enerji səmərəliliyi üzrə uzunmüddətli tərəfdaşlıq qurmaq üçün birlikdə işləyirlər.
Kəmalə Babayeva,
2 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri


05:10 15.01.2023