isaznow.com
Az Iw En Ru

Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır

Hazırda Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına
və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir.
Mötəbər Beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi etməsi, eləcə də beynəlxalq
yarışlarda idmançılarımızın iştirakı, əldə etdiyi uğurlar Azərbaycanın dünya idmanında öz yerinə və
sözünə malık olkə olduğunu bir daha sübut edir. Şübhəsiz ki, idman sahəsindəki uğurların təməli
Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. Belə ki, Ulu Öndər Heydər
Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan bütün sahələrdə olduğu kimi, idman
sahəsində də uğurlar əldə olundu.
Bu gün isə, bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə
davam etdirilir.Yenicə qədəm qoyduğumuz 2023-cü ilin ilk günlərində – yanvarın 9-da Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmançılarla 2022-ci
ilin idman yekunlarına həsr olunan görüşü ölkəmizdə idmana olan diqqət və qayğını bir daha
göstərdi.Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan görüşdə dövlət başçısı gənc nəslin
həm döyüş meydanında, həm də idman arenalarında ölkəmizin bayrağını qaldırmasını alqışlayaraq
bildirdi ki, biz gələcək nəsli vətənpərvərlik ruhunda tərbiyə etmişik və edəcəyik. Prezident İlham Əliyev
öz çıxışında söyləyib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub.
Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Ötən il idmançılarımız
beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, onlardan 300-ə yaxını qızıl medaldır. Beynəlxalq
yarışlar arasında V İslam Həmrəyliyi Oyunları xüsusi qeyd edilib. Türkiyənin Konya şəhərində
keçirilmiş İslam Həmrəyliyi Oyunlarında 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq
görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir.
Son 19 illik prezidentlik fəaliyyəti dövründə dövlət başçımız İlham Əliyev idmançılarla
mütəmadi görüşü bir daha idmananın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman
sahəsində inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc
idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi
bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Işğaldan azad edilmiş ərazilərdə keçən il bir neçə
beynəlxalq idman yarışı keçirilib. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər
indi canlanır, həyat qayıdır, insanlar qayıdır”. Dövlətimizin başçısı onu da qeyd edib ki, tarixi
Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq
və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var: «Şuşada
beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir.
Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək
qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir”. Azad edilmiş şəhərlərin hər birinin Baş
planında idman obyektlərinin yaradılmasının nəzərdə tutulduğunu bildirən Azərbaycan Prezidenti
diqqətə çatdırıb ki, Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən
qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Keçən il
Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Bu istiqamətdəki işlər
uğurla davam edir.
Vüqar Kərimov,
Sabirabad rayonu Gənclər və idman idarəsinin rəis müavini


17:46 14.01.2023