isaznow.com
Az Iw En Ru

Bu gün idmançılarımız Müzəffər Azərbaycan xalqını təmsil edirlər

Müasir dünyamızda idman siyasətin ayrılmaz hissəsinə cevrilərək, ölkələrin müsbət imicini formalaşdıran
əlati  olmuşdur. İdman  ictimai  həyatın  bütün  sferalarına  özünəməxsus  təsir  göstərir,  onun  vasitəsi  ilə  bir 
çox  sosial  və  siyasi  funksiyalar   həyata  keçirilir.  Ən  qəd im  zamanlardan başlayaraq  bir  çox   xalqlarda 
idmanın  müxtəlif  növləri  üzrə  yarışlar  formalaşmağa  başlamışdır.  Bu  yarışlar həmi barışıq üçün,  həmdə 
sivil  qaydada münasibətlərin  müəyyənləşdirilməsində  böyük  rol  oynayırdı.
Azərbaycan xalqınında zəngin tarixə söykənən idman  adətləri  olmuşdur.  Müstəqilliyin bərpasının ilk
illərindən  Ümummilli  lider Heydər Əliyevin  hakimiyyətə   qayıtdıqdan sonra  Azərbaycanda  idmana  əsl qayğı 
başlamışdır. Hər bir  sahələrdə olduğu kimi, idmanın inkişafı  da  dövlət  siyasətinin  əsas  istiqamətlərindən 
birinə  çevrilmişdir.  Tədricən  Azərbaycanın idman ölkəsinə çevrilməsi, idmançılarının müxtəlif nüfuzlu yarışlara
qatılması, dövlətimizi layiqincə təmsil  etməsi  üçün  addımlar  atılmağa  başlamışdır.  Azərbaycan 
idmançılarının Olimpiya  hərəkatına   qoşulması  prosesi   geniş vüsət  almışdır.  Qısa zamanda həyata keçirilən
məqsədyönlü tədbirlər və düşünülmüş addımlar, dövlətin idmana və idmançılarımıza maddi və mənəvi dəstəyi
sayəsində Azərbaycan idmançılarının uğurları  artmağa başlamışdır. Nəticədə bu gün Azərbaycan güclü idman
ölkəsi kimi tanınmaqdadır. 1997-ci ildən MOK-a rəhbərlik edən İlham Əliyev  komitənin fəaliyyətində müsbət
istiqamətdə əsaslı dönüş yarada bilmişdir,   ölkəmizdə Olimpiya    Hərəkatının   sürətl i inkişafına   təkan  vermiş 
və  onun  Beynəlxalq Olimpiya  Oyunlarının  Hərəkatına  fəal   qoşulmasını təmin  etmişdir. Azərbaycan MOK-u
ölkəmizdə Olimpiya Hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıcıl fəaliyyət göstərərək, qısa
müddət ərzində uğurlu göstəricilər əldə etmişdir.
Cari ilin 9 noyabrnda kecirilən 2022-ci ilin idman yekünlarına  həsr  olunan  mərasimdə  iştirak  edən  
Azərbaycan  Respublikasının  Prezidenti,  Milli  Olimpiya  Komitəsinin Prezidenti İlham  Əliyev  ötən  ilndə hər
il olduğu kimi,  Azərbaycan idmanı üçün uğurlu il olduğunu  demişdir. Ölkə başcısı bildirmişdir ki, “Bütövlükdə
ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Çünki keçən ilin əvvəlində  qarşımıza qoyduğumuz
bütün vəzifələr icra edildi, Azərbaycanın  dinamik inkişafı  təmin olundu. İdman da həyatımızın tərkib hissəsi
olduğu üçün  əlbəttə ki, ümumi  tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm   idmançılarımızın qələbələri 
göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif  beynəlxalq yarışlar Azərbaycanı  bir  daha  idman  ölkəsi 
kimi  təsdiqləyir. Bütövlükdə  son illərdə aparılan siyasət bu gün öz gözəl nəticələrini verməkdədir” - “Ötən ildə
idman sahəsində böyük nailiyyətlər əldə olunub. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal
qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünyada idman sahəsində rəqabət artır, yeni idman ölkələri
meydana çıxır. Ona görə hər il bu yüksək nəticələri göstərmək, öz gücünü təsdiqləmək asan məsələ deyil. Dünya,
Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə
V İslam Həmrəyliyi Oyunları qeyd olunmalıdır. 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi
Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya
şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər”
Bütün Bu  nəticələr  dövlətimizin idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.  Dövlət  
tərəfindən idmançılara  yaradılan şərait onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident İlham Əliyevin  səyləri 
nəticəsində   Azərbaycan  idmanı   inkişaf  etdirməklə yanaşı, minlərlə   yeniyetmə   və gəncin sağlam ruhda
tərbiyə edilməsi üçün  sağlam  mühütin  yaranmasına  şərait  yaradır. Respublikamızda  idman bölmələrinə  axın
edən   gənclərin sayı günü-gündən artmaqdadır. Ölkəmizin  əksər regionlarında   müasir standartlara    cavab 
verən Olimpiya   İdman kompleksləri, stadionlar və idman zalları   tikilərək  idmançılarımızın istifadəsinə verilir.
Azərbaycanda   gənc  nəslin problemlərinin kompleks   həlli, onların  cəmiyyət    həyatında   layiqli  təbəqə kimi
iştirakı üçün dövlət  səviyyəsində bütün addımlar atılır və   gələcəkdə də lazımi işlər görüləcəkdir.    Məsuliyyəti 
artan gənclik isə bu diqqət və qayğını yüksək qiymətləndirir,  ölkəmizin   inkişafına, beynəlxalq aləmdə 
nüfuzunun daha da artmasına  və qarşıya qoyulan vəzifələrin real  həyata vəsiqə  qazanmasına öz töhfələrini 
verir.
Əldə olunan idman nailiyyətləri  onu  deməyə  imkan  verir  ki,  Azərbaycan  böyük  idman  ölkəsinə  
cevrilib. Vaxtı ilə böyük həsrətlə  işğal  altında olan  torpaqlara   qayıdacağımızı  gözlədiyimiz  kimi,  indi  virana 
qoyulan  şəhərlərimizə  böyük  idmanın  gələcəyini  gözləyirik. Qarabağın İmarət stadionunda Avro kuboklar
qazanmağını gözləyirik.
Nadir Quliyev,
Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi


05:43 14.01.2023