isaznow.com
Az Iw En Ru

Ölkəmizdə idmanın kütləviliyi təmin edilir

Prezident İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə
Azərbaycan dövlətinin idmançılara göstərdiyi diqqət və qayğıdan, eləcə də idman sahəsində görüləcək
işlər barədə çıxış etdi. Bu gün dövlət başçısının idman sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində
Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.
İdman sahəsində 2022-ci ilin yekunları ürəkaçandır. Ötən il ölkəmizdə və xaricdə bir sıra beynəlxalq
idman yarışları keçirildi. Təbii ki, başa çatan 2022-ci ili Azərbaycan idmanı üçün müsbət il kimi
dəyərləndirmək olar.
Belə ki, idmançılarımız irimiqyaslı yarışlarda iştirak etdilər. Bu cəhətdən Türkiyənin Konya
şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarını xüsusilə qeyd etmək lazımdır. Həmçinin
Azərbaycanda böyük yarışlar keçirildi. İdmançılarımızın nəticələrinə baxdıqda, bu 2022-ilin çoxlu
ilklərlə yadda qaldığını görmək olar. Müxtəlif idman növlərində yeni nailiyyətlərimiz var. Elə idman
növləri var ki, ötən il beynəlxalq tədbirdə ilk dəfə medal qazanmışıq. Bundan başqa, bəzi idman
növlərində atletlərimiz dünya çempionatlarında ilk medallara yiyələndilər. Demək olar ki, 2022-ci il hər
bir idman federasiyası qazandığı yeni uğurlarla haqlı olaraq fəxr edə bilər. Məqsəd 2024-cü il Paris Yay
Olimpiya Oyunlarında yüksək nəticələr qazanmaqdır. Növbəti Olimpiya Oyunları çətin idman
mübarizəsi şəraitində keçəcək.
Son zamanlar dünyada baş verən hadisələr, xüsusilə üç Avropa ölkəsinin münaqişədə iştirakı bir
çox məsələlərə yenidən baxmağa səbəb oldu. Bu proseslər idmana da təsir edir. Bizim ölkəmizdə də
dövrün reallıqları nəzərə alınaraq daim islahatlar aparılır və bunu ənənəvi dəyərlərimizə uyğun etməyə
çalışırıq. Bütün bu islahatlar düşünülmüş şəkildə aparılır. Əvvəlcədən hər bir məsələni dərindən
araşdırmaq və sonra düzgün qərarlar qəbul etmək vacibdir. Azərbaycanın Gənclər və İdman Nazirliyi də
son illər federasiyalarla işi normal şəkildə qura bilib.
Bu yaxınlarda Prezident İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun
təkmilləşdirilməsi haqqında Sərəncam imzaladı. Bu struktur islahatları gənclər və idman sahəsinin
inkişafına çox müsbət təsir göstərəcək. Təbii ki, bu strukturun təkmilləşdirilməsinin idarəçiliyə olduqca
müsbət təsiri olacaq. Yəni, bu nazirliyin hər bir işi birbaşa idman və gənclər sahələri ilə bağlıdır. Bu
Sərəncamla daha çox idarəçilik sisteminin dəyişilməsi nəzərdə tutulur, struktur müasirləşdirilir.
Gələcəkdə bu təkmilləşdirmə özünü doğruldacaq və onun bəhrəsini görəcəyik.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan
azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı” çərçivəsində işğaldan azad
olunan ərazilərdə Olimpiya İdman komplekslərinin və idman zallarının tikilib istifadəyə verilməsi
nəzərdə tutulub.
Ölkəmizdə həm gənclər, həm də idman sahəsində böyük layihələr  planlaşdırılıb. Ağdamda
böyük idman kompleksi və stadion tikiləcək. Bundan başqa, Qarabağda digər idman qurğularının inşası
da nəzərdə tutulur. Bu layihələrin icrası ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən müvafiq
tapşırıqlar verilib və bu sahədə işlər sürətlə gedir. Bir neçə rayonda idman qurğularının və komplekslərin
inşası planlaşdırılır. Belə ki, iri rayonlarda daha böyük olimpiya idman kompleksləri, kiçik rayonlarda
isə idman zalları tikilib istifadəyə veriləcək.
Ənənəvi olaraq Yay Olimpiya Oyunlarına daxil olan üç idman növü üzrə dünya kuboklarının
hamısı hər il Azərbaycanda keçirilir. Bu yarışlarda iştirakçıların sayı ildən-ilə artır. Bu dünya
kuboklarına hər dəfə 40-a yaxın ölkənin idmançıları gəlirlər. Bundan əlavə, gimnastikanın müxtəlif
növlərində bir neçə qitə və ya dünya çempionatları keçirilib. 2023-cü ildə bədii gimnastika üzrə Avropa
çempionatı və 3 dünya kuboku ölkəmizdə təşkil olunacaq.
Paytaxtımızda mütəmadi olaraq bir çox beynəlxalq idman yarışları keçirilir. Dünyanın bir çox
idman ulduzları Azərbaycana həvəslə gəlirlər. Bütün bunlar ölkəmizdə idmana marağın daha da
artırılmasına yönəlib. Bakıda və rayonlarda minlərlə idmançı hər gün müntəzəm məşqlər edir. Bu da
gənclərin asudə vaxtlarının səmərəli, faydalı təşkil olunmasına kömək edir.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz əvvəlki illərdə olduğu kimi, 2022-ci
ildə də həm idman, həm də bütün digər sahələrdə böyük uğurlar qazandı.
Şübhə yoxdur ki, Yeni ildə idmançılarımızın uğurları daha çox olacaq.
Gülnar Hüseynova,
Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbinin direktoru


01:42 14.01.2023