

Azərbaycan demokratik,hüquqi, multikultural, dünya kosmik klubunun üzvü və eyni zamanda
idman ölkəsi olan qüdrətli dövlətdir. Məlum olduğu kimi, müasir Azərbaycanın qurucusu ümummilli
lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmışdır ki, bu da
məhz ümummilli liderin Azərbaycan gənclərinə, idmana olan xüsusi diqqətinin bariz nümunəsi idi.
Həmin dövrdən etibarən ölkəmizdə sağlam gənclər yetişir, onlar ölkəmizi beynəlxalq idman yarışlarında
uğurla təmsil edir və bayrağımızı zirvələrdə dalğalandırırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev
bütün fəaliyyəti illərində dahi Heydər Əliyev siyasətini layiqincə davam etdirərək, digər sferalarda
olduğu kimi ölkəmizdə idman sahəsinin də inkişafı naminə mühüm töhfələr vermişdir.
Məlum olduğu kimi bir neçə gün öncə-9 yanvar 2023-cü il tarixdə möhtərəm Sədr, dövlətimizin
başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev 2022-ci ilin idman yekunlarına həsr
olunan mərasimdə iştirak ederek, hər il olduğu kimi, ötən ilin də ölkəmiz üçün, həmçinin Azərbaycan
idmanı üçün uğurlu il olduğunu vurğulamışdır. Cənab Prezident bu istiqamətdə görülən bütün işlərə
yüksək səviyyədə qiymət vermişdir. Qarşımıza qoyulan bütün vezifeler layiqince yerinə yetirilmişdir.
Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq
yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Dünya, Avropa çempionatlarında
idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə V İslam
Həmrəyliyi Oyunlarını qeyd etmək istərdim. Bildiyiniz kimi, 5 il bundan əvvəl Bakıda keçirilmiş İslam
Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında birinci olmuşdur. Bu, tarixi qələbə idi və bu
dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq
görülmüşlər. Həqiqətən də bütövlükdə son illərdə aparılan idman siyasəti bu gün öz gözəl nəticələrini
verməkdədir. İdmançılar beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını
qızıl medaldır. Doğrudan da böyük nailiyyətdir. Dünya ölkələri arasında rəqabət günbəgün artır,yeni
idman ölkələri meydana çıxır.Buna baxmayaraq biz daim ölkəmizi layiqincə temsil edirik.
Qürur hissi ilə qeyd etmək lazımdır ki, bu gün dövlətimizin idman sahəsində həyata keçirdiyi
müdrik siyasət nəticəsində ölkəmizdə sağlam gənclər yetişir və həmin gənclər də beynəlxalq idman
kürsülərində bayrağımızı yüksəklərə qaldırır, qalib ölkənin nümayəndəsi kimi Dövlət Himnimizi
səsləndirirlər.
Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağasaqqalar Şurasının sədri