isaznow.com
Az Iw En Ru

Həmrəylik və milli-mənəvi birlik müstəqilliyimizin simvoludur

Dünya Azərbaycanlılarının Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi
dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Bu bayram ayrı-ayrı ölkələrdə
yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm
rol oynayır. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli
birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər
edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Hər birimiz üçün əziz və doğma
bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan
soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuşdur.
Artıq 31 ildir ki, qeyd edilən bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan
həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Ulu
öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim
diqqət mərkəzində saxlayıb. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi
dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları
yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır,
respublikamızla qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük töhfə verir. Soydaşlarımız yaşadıqları
ölkələrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin
təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında böyük rol oynayırlar.
Onlar Azərbaycan dövlətinin göstərdiyi hərtərəfli köməklik sayəsində qardaş və dost xalqların səmərəli
əməkdaşlığın qurulması nəticəsində bu sahədə təsirli tədbirlər həyata keçirir, Azərbaycanın tarixini
nəsillərdən-nəsillərə ötürürlər.1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar
Respublikasının Ali Məclisinin iclasında dekabrın 31-nin dünya Azərbaycanlılarının həmrəyliyi günü
kimi qeyd olunması barədə qərar qəbul edildi; “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bununla
əlaqədar qanunvericilik aktının qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Sovetinə müraciət
etmiş və dekabrın 25-də Ali Sovetin Milli Şurası bu müraciəti müsbət qarşılayaraq dekabrın 31-ni
Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Ulu Öndər
Heydər Əliyev dünyada yaşayan azərbaycanlıların həmrəy olması və təşkilatlanması məsələsini daim öz
diqqətində saxlayırdı.
Ümummilli liderimiz xarici dövlətlərə rəsmi səfəri zamanı hər zaman bu ölkədə yaşayan
azərbaycanlılarla görüşər, onların qayğıları və problemləri ilə maraqlanar, diaspor təşkilatlarının
yaradılmasında öz dəyərli məsləhətlərini verərdi. Dünya Azərbaycanlılarının Həmrəyliyi 2020-ci il
sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək
səviyyədə dedi, tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan
azərbaycanlıların düşmənin və antiazərbaycan qüvvələrin müxtəlif formada təzahür edən məkrli
təxribatlarına qarşı cəsarətli etirazları və çıxışları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə oldu.
Məmməd Mənsimov,
Sabirabad rayonu “Əmin bazar” ticarət şəbəkəsinin rəhbəri


15:29 31.12.2022