

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər
Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi
qeyd olunması barədə qərar qəbul edilib. 31 ildir dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik
günü kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz arasında irtibat qurmaq,
onlar arasında birlik və həmrəylik yaratmaq üçün mühüm rol oynamaqdadır. Dövlətimizin diaspor
siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi xətti üzərində qurulmuşdur.
Buda öz əvəzində bütün dünya azərbaycanlıları tərəfindən artıq bir mənəvi ehtiyaca çevrilmişdir. Bu
istiqamətdə Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilmişdir. Hal hazırdada
diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətli və dinamik formada inkişaf etməkdədir.
Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır. 31 Dekabr Dünya Azərbaycanlılarının
Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram olaraq qeyd edilir.
44 günlük Vətən müharibəsi günlərində xaricdə yaşayan soydaşlarımız yalnız aksiyalar keçirməklə,
informasiya təbliğatı aparmaqla kifayətlənməyiblər. Onlar, həmçinin Silahlı Qüvvələrimizə, şəhid
ailələrinə və qazilərimizə maddi dəstək göstərilməsində yüksək fəallıq nümayiş etdiriblər.
Dövlət başçımız Cənab İlham Əliyevdə qeyd etmişdir ki “Onların fəaliyyəti ölkəmiz üçün çox
önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə
edilməsi əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir. Biz Azərbaycan dövləti olaraq həmişə xaricdə
yaşayan azərbaycanlıların yaşayışı ilə maraqlanırıq, təmaslar qururuq”. Xaricdə yaşayan azərbaycanlılar
bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır. Bu proseslər fonunda xaricdə yaşayan
soydaşlarımızın digər xalqların icma və təşkilatları ilə əlaqələrinin möhkəmlənməsi də olduqca
əhəmiyyətlidir. Dövlətimizin xarici siyasətində əsas istiqamətlərdən olan Azərbaycan həqiqətlərinin,
Xocalı faciəsi dəhşətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də mühüm addımlar
atılmışdır. Azərbaycan diasporu Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük
rol oynayır. Bu baxımdan Azerbaycan diasporasının işinin vacibliyini qeyd etmək lazımdır. Onların bu
sistemli fəaliyyəti nəticəsində bu gün xaricdə böyük uğurlar əldə etmişik. Bu uğurlar bizə gələcəkdə də
yeni imkanlar açacaq.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru