

Dekabr ayının 24 də Müzəffər Ali Baş komandanımızın Qərbi Azərbaycan icmasının bir qrup
üzvü ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər də strateji məqsədlərimizə çatmaq üçün konseptual və
proqram xarakteril olmaqla əslində Qərbi Azərbaycana qayıdışımızın yol xəritəsi idi. Bu kontekstə
prezident İlham Əliyev ilk növbədə haqlı tarixi torpaqlarımıza qayıtmağımızı hər şeydən ğncə tarixi
yaddaşımızla əlaqələndirdi. Doğurdan da milli yaddaşın əsas komponenti olan tarixi yaddaşımız, onun
düzgün əsaslarda yeni nəsilə ötürülməsi birinci Qarabağ savaşından sonra dünyaya gələn
qəhrəmanlarımızın torpaqlarımızı işğaldan azad etməsinə gətirib çıxardı. Prezidentin qeyd etdiyi kimi bu
gün Zəngialan, Ağalıya o tormaqlarımızı görməmiş yeni nəsilin qayıdışını da təmin edən məhz tarixi
yaddaşdır. Ona görə də əgər illər öncə məcburi köçkünlərimizin öz torpaqlarına qayaıtmaları ilə bağlı
ümummilli arzularımız necə bu gün reallığa çevrildisə çox çəkmədən İrəvana, Göyçəyə, Zəngəzura
qayıtmaqla bağlı arzularımız da gerçəkliyə çeviriləcək. Çünki bunu təmin edəcək qüdrətli liderimiz,
müzəffər sərkərdəmiz və güclü ordumuz var.
Azərbaycan Prezidenti məhz tarixi xronoloji ardıcıllıq baxımından da ata-baba torpaqlarımıza
qayıtmağımızı bu mənada rəmzi olaraq açılışını etdiyi bina ilə əlaqələndirərək bildirdi ki, vaxtilə bu
binada yerləşən Şuşa icra hakimiyyəti necə bu gün əziz Şuşaya qayıtdısa bir gün gələcək bu gün burada
fəaliyyətə başlayan Qərbi Azərbaycan icması nümayəndələri də öz evlərinə qayıdacaqlar. Şübhəsiz ki,
bunun üçün hər şeydən öncə biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmağı
bacarmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi mədəni irisi ermənilərin barbarcasına necə
dağıtdıqlarını, Qərbi Azərbaycan torpaqlarını Azərbaycan Demokratik Cümhuriyyəti tərfindən
ermənilərə necə verildiyini, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq
hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayımağımız üçün hüquqi-informativ
mühit formalaşdırmalıyıq. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu
məsələləri vəzifə kimi qoyaraq onun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu
əsalandırdı.
Eyni zamanda bu milli məqsədlərimizə yumşaq güc və sülh yolu vasitəsilə çata bilməyimizin də
vacib olduğunu bildirdi. Azərbayacan prezidentinin söylədiyi bu fikirlər xalqımızın yeni əsrdə yeni
vəzifələrinin siyasi konseptual əsaslarıdır və Vətən müharibəsində monolit birliyimiz ilə milli
hədəflərimizə çatdığımız kimi bundan sonra da bu birliyi davam etdirərək tarixi Qərbi Azərbaycan
torpaqlarımıza qayıtmalıyıq.
Mirqiyam Məmmədov,
YAP Sabirabad rayon təşkilatının məsul əməkdaşı