

Azərbaycan həm region, həm də digər xarici dövlətlərlə sıx əməkdaşlıq əlaqələrinə malik bir
dövlətdir. Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Ölkəmizin beynəlxalq münasibətlər
sistemində rolu və nüfuzu durmadan armaqdadır. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin
uzaqgörən siyasəti nəticəsində Azərbaycan siyasi, iqtisadi sahədə dayanıqlı inkişafa nail olmuşdur və
regionda böyük potensiala sahib olan bir dövlətdir.
Xüsusi ilə qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və
demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına,
bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da
vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas
təminatçısıdır. Bəli, bu, bir həqiqətdir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda
və bölgədə yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc
sahibidir. Azərbaycan qalib tərəf kimi bu gün də sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən
addımlar atılmışdır.
Dekabrın 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin Azərbaycana səfəri
ölkələrimiz arasında qarşılıqlı əlaqələrin fəal dinamikasının göstəricisidir.
Bu gün Azərbaycan və Serbiya arasında əlaqələr yüksələn xəttlə inkişaf edir. Hər iki ölkə bir sıra ortaq
xüsusiyyətlərə malikdir.
Bu rəsmi səfər Azərbaycan-Serbiya arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu
və bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzundan xəbər verir. Bəli, bu
gün dünya bazarında Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artmaqdadır və məhz bu
amil ölkəmizin bir sıra Avropa ölkələri üçün etibarlı strateji tərəfdaş olmasının bariz nümunəsidir.
Azərbaycan qazının dünya bazarlarına nəqli ölkəmizin gələcək inkişaf prespektivlərinə böyük zəmin
yaradır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və dinamik xarici siyasət
nəticəsində Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna birinə çevrilib.
Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və
qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır.
Səbinə Əliyeva,
Sabirabad rayon Uşaq və ailələrə dəstək mərkəzinin direktoru