

Bu gün Azərbaycana Ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı prezident cənab İlham
Əliyev başçılıq edir. Ulu öndər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan
xalqının iradəsini ifadə edən prezident cənab İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də
dünya azərbaycanlılarının lideridir. Azərbaycanın İlham Əliyev bütün dünya tərəfindən qəbul olunan
görkəmli və müasir dövlət xadimidir. O doğma Azərbaycanda böyük hörmətə və nüfuza malikdir. İndi
Azərbaycan prezidentinin siyasi portreti bütün dünyada məşhurdur. Görkəmli siyasi və dövlət xadimi
prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri, dahi dövlət xadimi Heydər
Əliyevin oğludur. O, peşəkar siyasətçidir.
Cənab Prezident 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdir.
Orada elmi-pedaqoji fəaliyyətə başlamış, aspirant, müəllim olmuşdur. Tarix elmləri namizədidir. 1991-
ci ildən Moskvada “Oriyent” şirkətinin baş direktoru işləmiş, 1994-cü ildən Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti və sonra birinci vitse-prezidenti
olmuşdur. Azərbaycan xalqı qarşısındakı xidmətləri nəzərə alınaraq cənab İlham Əliyev 2003-cü ildə
Azərbaycan Respublikasının Baş naziri təyin olunmuşdur. Cənab İlham Əliyev 2003-cü ilin Prezident
seçkilərində parlaq qələbə qazanaraq xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti
seçilmişdir. Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və yeni Azərbaycanın qurulmasında Ulu
öndər Heydər Əliyevin ən yaxın silahdaşı olmuşdur. Prezident cənab İlham Əliyevin qətiyyətli və
məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə,
düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında
fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın
Şanlı Zəfərii ilə başa çatdı.
Rəşad Qurbanov,
Sabirabad rayon Gənclərin Kariyera və İnkişafı Mərkəzinin direktoru