isaznow.com
Az Iw En Ru

61 ilin 19 ilində Zirvəyə yürüş və Zəfərə aparan yol

Azərbaycan tarixinin son 19 ili bir neçə gün sonra 61 yaşı tamam olacaq Prezident İlham
Əliyevin rəhbərliyi dövrüdür. Şərəfli tariximizin məhz bu dövründə ən şərəfli tarix yazıldı. Azərbaycan
xalqı və dövləti İlham Əliyevin rəhbərliyi altında özünün ən böyük vəzifəsini reallaşdırdı.
Azərbaycan Prezidenti İlham Əliyevin tez-tez dünyanın ən nüfuzlu liderlərindən biri elan
olunması onun qlobal fəaliyyətinin məntiqi nəticəsidir. Nüfuzlu beynəlxalq təşkilatların hesabat və
sorğularında daim Azərbaycan Prezidenti liderlər sırasına düşür.
2008-ci ildə İlham Əliyev “WorldPublicOpinion.org”un sorğusunda Yaxın Şərq üzrə regional
lider seçildi. “WorldPublicOpinion.org” dünya liderlərinin reytinqi ilə bağlı tədqiqatına görə, 20 ölkədə
20 minə yaxın respondent arasında keçirilmiş reytinq sorğusu nəticəsində Azərbaycan Prezidenti İlham
Əliyev Yaxın Şərq üzrə regional lider seçilib. Belə ki, o, çox nüfuzlu dövlət başçılarını geridə qoydu.
Bundan sonra Azərbaycan Prezidenti bir neçə dəfə beynəlxalq təşkilatlar tərəfindən “İlin adamı” elan
olunub, Ona müxtəlif ölkələrin ali mükafatları təqdim olunub. Bütün bunlar təbii ki, İlham Əliyevin həm
ölkədə həyata keçirdiyi siyasətə, həm də beynəlxalq fəaliyyətinə görə verilib.
Bunlar, təbii ki, İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurudur. Son illər
Azərbaycanda müşahidə olunan siyasi, iqtisadi və digər proseslər ölkəmizdə bütün sahələr üzrə sürətli
inkişafın, milli maraqların, bəşəri ideyaların və demokratik prinsiplərin əksər dövlətlər üçün bir nümunə
ola biləcəyini deməyə əsas verir.
İqtisadi, siyasi, demokratik islahatlar sahəsində qazanılmış uğurlar, ölkəmizin liderlik zirvəsini
qoruması bunu təsdiqləyən başlıca amildir. Ölkəmizin gələcəyi təkcə iqtisadi amillərlə ölcülmür. Əgər
Azərbaycanda müasir siyasi sistem yaranmasa, əgər demokratik prinsiplər tam şəkildə bərqərar
olunmasa, bizim uğurlarımız müvəqqəti xarakter daşıyacaq”- deyən Prezident İlham Əliyev iqtisadi və
siyasi islahatların paralel şəkildə aparılmasının bugünkü uğurlarda mühüm rol oynadığını bir daha
diqqətə çatdırır.
Prezident İlham Əliyev dünya səviyyəsində Azərbaycanın söz sahibi olduğunu, həmçinin XXI
əsrdə dövlətlərin böyüklüyünün, yaxud kiçikliyinin fərq etmədiyini, dövlətin müstəqil siyasət yeridə
bilməsinin əsas olduğunu ortaya qoydu.
İlham Əliyevin xalqımıza verdiyi söz müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn
fəaliyyətin konsepsiyasına çevrilib. İlham Əliyevin xalqdan aldığı dəstəyin təməlində onun Heydər
Əliyev siyasətinə sadiqliyi dayandır. Onun dövlət başında olduğu 19 ildə Azərbaycanda bütün
istiqamətlərdə böyük inkişafla, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət
olunub. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş
həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması
dayanır.
İlham Əliyevin 19 illik siyasətinin kulminasiyası isə 2020-ci ildə baş verən 2-ci Qarabağ
müharibəsində qazanılmış möhtəşəm qələbə və Qarabağın düşmən işğalından azad edilməsidir. Ali Baş
Komandan kimi o böyük peşəkarlıq və əzmlə Azərbaycan Ordusunun başında dayandı, xalqımızın ən
böyük arzusunu və ulu öndərin vəsiyyətini yerinə yetirdi.
Bu yazını isə, Prezident İlham Əliyevin xalqa verdiyi sözlə bitirmək istərdim- “Azərbaycan
xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın
çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət
edəcəyəm. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


05:25 24.12.2022