

İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində Ümumilli lider Heydər Əliyevin ailəsində
dünyaya gəlmişdir. 1966-1977-ci illərdə orta təhsilini Bakıdakı 6 saylı orta məktəbdə alan İlham Əliyev
ali təhsilini 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda alıb. 1982-ci ildə
həmin institutun aspiranturasına daxil olub və 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri
namizədi elmi dərəcəsini alıb.
Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunda müəllim vəzifəsində çalışmışdır.1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışan İ.
Əliyev bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust
ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci
vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv
seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni
Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın
sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan
Respublikasının Baş naziri təyin olunub.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciəti: “Üzümü Sizə
- həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi
varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O,
yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və
təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin
inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra
bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa
çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Xalq bu müraciəti bir ata sözü kimi qəbul edərək,onun siyasət aləmində layiqli davamçısı olan
İlham Əliyevə etimad göstərərək 2003,2008,2013,2018 -ci illərdə onu ölkə prezidenti seçmişdir.Bu illər
ərzində o,prioritet məsələ olaraq ordu quruculuğuna xüsusi diqqət ayırmışdır. Planlı və ardıcıl şəkildə
görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə
Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi
qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin
inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb.Nəqliyyat infrastrukturunun
yenidən qurulması, qaçqınların və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması üçün, regionların və
qeyri-neft sektorunun inkişafı sahəsində müxtəlif proqramların həyata keçirilməsi üçün fərmanlar
imzalamışdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-
mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi
tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və
sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
Beynəlxalq aləmdə Ermənistanın təcavüzkar dövlət kimi tanınması üçün, münaqişənin dinc yolla
həllinə çalışılsa da erməni tərəf status kvoda israr etdi, hətta bir qədər də irəli gedərək ,erməni Baş Nazir
Qarabağ Ermənistandır və nöqtə deyir.Valday konfransında İlham Əliyev xalqının adından “Qarabağ
Azərbaycandır və nida “deməklə,onu nəinki susdurur, hətta onu digər iştirakçılar qarşısında təlxək
vəziyyətinə salır.
Əzəli Azərbaycan torpaqlarında qeyri-qanuni seçkilər keçirərək, 2020-ci ilin iyulun 12-də Tovuz
rayonuna hücum edən düşmən öz layiqli cavabını alsa da bu onun üçün böyük sonun başlanğıcı oldu.
Avqustda ölkə ərazisinə göndərilən diversiya qrupunun komandiri əsgərlərimizin sayıqlığı nəticəsində
ələ keçirilir . 27 sentyabr 2020-ci ildə səhər saatlarında olunan hücum ordumuzun cavabını
gecikdirmədi.”44 günlük Vətən müharibəsi “Xalq-Prezident-Ordu birliyinin nə qədər möhkəm əsaslara
malik olduğunu bir daha bütün dünyaya sübut etdi. Ordumuz düşmənə qarşı döyüş meydanında
mübarizə aparanda Prezidentimiz də xalqımııza qarşı Avropa ölkələri tərəfindən başlamış informasiya
müharibəsində xalqının mənafeyini böyük əzmlə,yeri gələndə avropalı müxbirləri layiq olduqları kimi
daha kəskin cavablarla yerlərində oturdaraq müdafiə edirdi.
Şuşanın azad edilməsi xəbərini Şəhidlər Xiyabanından xalqa çatdıran Prezident həm də ata
vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini dedi . Bu sözlər onun kiçikdən böyüyə hər
kəsin qəlbini fəth etməsinə ,onu öz ailə üzvü qədər sevməsinə səbəb oldu. Bu sevgini sözlə ifadə etmək
çox çətindir. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad
edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə
kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid
vermədən geri qaytarıldı.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin
nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda
Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam
imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub. Vətən Müharibəsində
qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən
Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad
olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin
azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”,
“Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına
görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa
cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və
müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.15 iyun 2021-ci ildə qardaş Türkiyə ilə
bağlanan “Şuşa Bəyannaməsi “ qələbəmizdən təşvişə düşən dövlətlərə əla mesaj oldu.
Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq
edilmişdir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil
olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq
işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri,
Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri,
gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün
maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının
hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad
edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
İşğaldan azad olunmuş ərazilərə Prezidentimizin və onun ailə üzvlərinin vaxtaşırı səfəri, görülən işlərə
şəxsi nəzarəti onun regionun inkişafında və əhalinin öz ata-baba yurdlarına köçürülməsində nə qədər
diqqət ayırdığının açıq təzahürüdür.
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri