isaznow.com
Az Iw En Ru

QALİB ÖLKƏNİN QALİB LİDERİ

2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm
qoydu. Ölkəmiz 2022-ci ili ciddi sosial-iqtisadi inkişaf göstəriciləri ilə başa vurur. Ümummilli Lider
Heydər Əliyevin böyük müdrikliklə müəyyən etdiyi strategiyanı 2003-cü ildən inamla davam etdirən
Azərbaycan Prezidenti İlham Əliyevin son 19 ildə ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən
keçirsək, dövlət başçısının fəaliyyətində bu şərtlərin özünü necə dəqiqliklə doğrultduğunu əyani şəkildə
görərik.
Prezident İlham Əliyev Azərbaycanı son onillikdə iqtisadi inkişaf göstəricilərinə görə bütün
dünyada lider dövlətlərdən birinə çevirdi. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP
kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu ölkəmizin Avropa regionunun enerji təhlükəsizliyi
missiyasını öz üzərinə götürməsi də danılmaz reallıqdır.İqtisadi baxımdan inkişaf etmiş ölkələr
səviyyəsinə yüksəlməyi qarşıda başlıca məqsəd qoyan ölkə başçısı hüququn aliliyinə, ictimai həyatın
müxtəlif sahələrində şəffaflıq və hesabatlılığın gücləndirilməsinə, hər bir vətəndaşın qanuni maraq və
mənayefinin təminatına yönəlmiş siyasət yürüdür.
İqtisadiyyatın uğurlu inkişafının bariz göstəricilərindən biri də pandemiya şəraitində özünün pik
həddinə çatan qlobal maliyyə-iqtisadi böhranın ölkəmizə təsirlərinin minimum həddə olmasıdır. Sosial-
iqtisadi sahədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son üç ildə Azərbaycanın pandemiya
ilə mübarizədə möhtəşəm nailiyyətlərə imza atmasına gətirib çıxarıb. Həmçinin Qoşulmama Hərəkatının
sədri qismində Azərbaycanın təşəbbüsü ilə bir sıra dövlətlərə yardım edilib, eyni zamanda, yoxsul
ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar
həcmində maliyyə töhfəsi göstərilib.
Prezident İlham Əliyevin qətiyyətli, prinsipial, milli maraqları əsas tutan liderlik missiyası ölkə
vətəndaşlarının böyük sevinc və məmnunluğu ilə qarşılanır. Azərbaycanın Vətən müharibəsindəki
layiqli qələbəsi Prezident İlham Əliyevin son bir ildə regional və qlobal miqyasda nüfuzunu daha da
artırıb, bu ilin yekunları üzrə dünyanın ən uğurlu liderləri sırasında yer almasını təmin edib.Azərbaycan
Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və
istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Onun fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə
sədaqətli, layiqli xidmət və vətəndaş məmnunluğu prinsipləri üzərində qurulub.
Fikrət Rəsulov,
Sabirabad rayon Baytarlıq idarəsinin müdiri


01:23 24.12.2022