isaznow.com
Az Iw En Ru

Virgin'in kosmosa ticarət uçuş xəyalları zərbə aldı

Kosmosa ticarət uçuşu  etməyi planlaşdıran və illərdir bunun üzərində işlərini davam etdirən Virgin Galactic şirkətinə aid kosmos gəmisi SpaceShipTwo Amerika Birləşmiş Ştatlarının Kaliforniya əyalətində sınaq uçuşu əsasında yerə çırpılıb.

Kanal24.az xəbər verir ki, Turizm məqsədli ilk kosmos vasitəsi olan və yarı təyyarə yarı mərmidən ibarət kosmos gəmisinin yerə çırpılması nəticəsində bir pilot ölüb, digər pilotun da ağır yaralı olduğu bildirilib.

Virgin Galactic şirkətinin sahibi Richard Branson twitter hesabı üzərindən etdiyi şərhdə, şirkət işçilərinə baş sağlığı diləyib və hadisə yerinə gələcəyini bildirib.

Şirkətin İcraçı Direktoru Corc WHITESIDES isə bunları söyləyib:

"Kosmos  çətin  sahədir və bu gün də bizim üçün  çətin bir gündür. Yaşanan qəzayla əlaqədar açılan istintaqı dəstəkləyirik. Bu prosesi səhiyyə ilə birgə addımlayacağımıza inanırıq. Gələcəkdə bu kimi çətin günlər yenə bizi gözləyir və olacaq. "

 Nəzərinizə çatdıraq ki, Kosmosa nizamlı turist aparmaq üçün illərdir işlərini davam etdirən Virgin şirkəti bu ilin sonundan etibarən səfərlərə başlamağı planlaşdırırdı. Lakin, söz mövzusu olaraq, baş verən qəzanın güvən itkisinə səbəb olması, şirkətin bir müddət toparlanması üçün səfərlərə çıxmayacağını  qeyd edib .

Virgin, turistləri dünya səthindən 122 km yüksəkliyə çıxacaq 6 nəfərlik kosmos vasitəsini Aprel ayında tanıdıb. 700 adam kosmos turizmi üçün qeydiyyat etdirən insanlar arasında Leonarda DiCaprio və məşhur fizikaçı Stephan Hawkingnin də olduğu bildirilib.

 

                                                                                                                   Şahidə Tapdıq

                                                                                                                        "Kanal24"


23:07 01.11.2014