

Noyabrın 1-də Bakıda Böyük Britaniyanın “British Council” təşkilatı tərəfindən “Birləşmiş Krallıqda təhsil” (Education UK) sərgisi açılıb.
Sərginin təşkilindən məqsəd tələbələri, gəncləri Böyük Britaniyanın təhsil sisteminin geniş imkanları ilə məlumatlandırmaqdır.
Noyabrın 2-dək davam edəcək sərgidə Birləşmiş Krallığın 43 universiteti, məktəb, kollec və dil kursları iştirak edir.