

Azərbaycanın daxili işlər naziri Ramil Usubovun müavini vəzifəsindən azad olunub.
Hüquq-mühafizə orqanlarından Kanal24-ə bildiriblər ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib.
Onun yerinə DİN-in Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunub.
Qeyd edək ki, Ə. Ələkbərov 2002-ci ildən Ramil Usubovun müavini idi.