isaznow.com
Az Iw En Ru

Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

Türkiyə və Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

Kanal24-ün "TRT Haber" telakanalına istinadən verdiyi məlumata görə, bunu cümə günü Parisdə Fransa Prezidenti Fransua Olland türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Tərəflər, həmçinin ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması üzrə fəaliyyətini müzakirə ediblər.


00:20 01.11.2014